“Real” Marselo ilə rəsmən vidalaşdı

İspaniyanın “Real” klubu braziliyalı müdafiəçisi Marselo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Müqaviləsinin müddəti başa çatan Braziliya yığmasının üzvünə yeni anlaşma təklif olunmayıb. Sabah 34 yaşlı futbolçu ilə vida mərasiminin keçiriləcəyi diqqətə çatdırılıb.

Marselo 18 yaşından “Real”da çıxış edirdi. O, paytaxt təmsilçisi ilə bütövlükdə 25 kubok qazanıb. Braziliyalı oyunçu bu göstərici ilə klubun rekordçusuna çevrilib.

Sol cinah müdafiəçisi Madrid təmsilçisinin heyətində bütövlükdə 546 matça çıxıb, 38 qola imza atıb. Braziliyanın “Fluminense” klubunun yetirməsi olan, peşəkar karyerasına məhz bu komandada başlamış futbolçu, Braziliya yığmasında da 58 matça çıxıb, 6 qol vurub.

Sonda Marselonun “Real”ın heyətində qazandığı titulların siyahısını təqdim edirik:

İspaniya La Liqası: 2006/07, 2007/08, 2011/12, 2016/17, 2019/20, 2021/22

İspaniya Kuboku: 2010/11, 2013/14

İspaniya Super Kuboku: 2008, 2012, 2017, 2019/20, 2021/22

UEFA Çempionlar Liqası: 2013/14, 2015/16, 2016/17, 2017/18, 2021/22

UEFA Super Kuboku: 2014, 2016, 2017

FIFA klublararası dünya çempionatı: 2014, 2016, 2017, 2018

Xəbəri sosial şəbəkələrdə paylaş: