Filipe Paxtmann “Zirə” ilə yeni müqavilə imzaladı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” hücumçusu Filipe Paxtmann ilə bağlı qərarını açıqlayıb. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı oyunçu ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə 3 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Zirə” braziliyalı forvardı 2021-ci ilin yanvarında Ukraynanın “Lvov” klubundan icarəyə götürmüşdü. Sonradan klub onun transfer hüquqlarını da almağa qərar vermişdi. Baxmayaraq ki, gənc futbolçu elə həmin dövrlərdə aldığı ağır zədə səbəbindən uzun müddət bu komandaya kömək edə bilməyib.

Filipe Paxtman peşəkar karyerasına elə “Lvov” klubunda başlayıb.

“Zirə”də daha öncə Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov və Hacıağa Hacılı ilə də yeni müqavilə imzalanmışdı. Mirsahib Abbasov, Slavik Alxasov və Rəhim Sadıxovu transfer edən paytaxt klubu, Brayan Alseus, Ağabala Ramazanov və Davit Volkovla da yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: