“Qalatasaray” ikinci transferini açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi “Altay”ın gənc müdafiəçisi Kazımcan Karataşı heyətinə qatıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

“Qalatasaray” bu transfer üçün “Altay”a 20 milyon TL ödəyib. Kazımcan Karataşın qarşıdakı mövsümlərdə illik qazancı da açıqlanıb. Futbolçu ildən-ilə artan gəlirə sahib olacaq:

2022/2023 mövsümündə 5 milyon 350 min TL,
2023/2024 mövsümündə 6 milyon 750 min TL,
2024/2025 mövsümündə 7 milyon 500 min TL,
2025/2026 mövsümündə 8 milyon 500 min TL
2026/2027 mövsümündə 10 milyon TL.

Qeyd edək ki, Kazımcan Karataş “Altay”ın öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Futbolçu Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

“Qalatasaray” daha öncə Abdülkərim Bardakçının transferini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: