“Mançester Siti” Kalvin Fillipsi transfer etdi – 48 milyon avroya!

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi elitanın digər təmsilçisi “Lids”dən yarımmüdafiəçi Kalvin Fillipsi transfer edib.

Bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin də üzvü olan 26 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Kalvin yeni klubunda 4 nömrəli formanı geyinəcək. İngiltərə millisinin üzvü “Mançester Siti”yə 48,7 milyon avroya başa gəlib.

Kalvin Fillips “Lids” klubunun öz yetirməsidir. O, 2014-cü ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi “Lids”in heyətində meydana çıxdığı 234 oyunda 14 qola imza atıb, 14 məhsuldar ötürmə edib. Futbolçu İngiltərə milli komandasında da 23 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: