Junior Messias “Milan”da qaldı – 2 illik müqavilə

İtaliyanın “Milan” klubu ötən mövsümün əvvəlində “Krotone”dən icarəyə götürdüyü Junior Messias ilə bağlı yekun qərarını açıqlayıb. Arena.az xəbər verir ki, Milan təmsilçisi braziliyalı futbolçunun transfer hüquqlarını da alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Junior Messias 2021/22 mövsümünün əvvəlində 1 illik icarəyə götürülmüşdü. Həmin vaxt “Milan” braziliyalı futbolçu üçün 2.6 milyon avro ödəmişdi. 31 yaşlı oyunçunun transfer hüquqlarının alınması üçün isə əlavə 4.5 milyon avro təzminat ödənilib. Messias geridə qalan mövsümdə meydana çıxdığı 32 oyunda 6 qol vurmaqla “Milan”ın A Seriyasının qalibi olmasında əsas pay sahiblərindən birinə çevrilmişdi.

Messias “Krotone”dən öncə İtaliyanın “Kazale”, “Kyeri” və “Qozzano” kimi aşağı liqa komandalarında da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: