Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu Vaqner Lav özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək.
Belə ki, təcrübəli forvard “Sport Resife” klubu ilə anlaşıb. O, bu klubla mövsümün sonuna qədər müqavilə imzalayıb. Futbolçu yeni komandasında 99 nömrəli formanı geyinəcək. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən komanda cari mövsümdə 20 turdan sonra 10-cu pillədə qərarlaşıb.
Vaqner Lav son olaraq “Danimarkanın “Midtyulland” klubunda çıxış edib. O, əvvəllər “Kayrat”, “Korintians”, “Beşiktaş”, “Alanyaspor”, “Monako”, “Şandonq Lunenq”, ÇSKA (Moskva), “Flamenqo” və “Palmeyras” klublarının da formasını geyinib. Hücumçu Braziliya yığmasında keçirdiyi 20 oyunda 4 qol vurub.
Xatırladaq ki, bu yay Vaqner Lavın Azərbaycanın “Sabah” klubuna keçəcəyinə dair xəbərlər yayılmışdı.


