Türkiyənin “Kayserispor” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi rumıniyalı qapıçısı Silviu Lunq ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu Səudiyyə Ərəbistanının “Əl-Raed” klubuna transfer olunub.
Silviu Lunq 2017-ci ildən “Kayserispor”da çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 131 matça çıxıb. 33 yaşlı qolkiper daha öncə vətənində “Universitatya” (Krayova) və “Astra” klublarında çıxış edib. O, Rumıniya yığmasında da 3 oyun keçirib.


