Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 4-cü turu çərçivəsində baş tutan “Baltika” ilə matçın iştirakçısı olub.
Səfərdə baş tutan qarşılaşma “Arsenal”ın məğlubiyyəti ilə başa çatıb – 0:1. 50-ci dəqiqədə azlıqda qalan Tula təmsilçisi 75-ci dəqiqədə buraxdığı qolla meydanı məğlub tərk edib.
Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və 83-cü dəqiqədə əvəzlənib.
İlk məğlubiyyətlə üzləşən “Arsenal” 4 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.


