Dmitri Nazarov oynadı, komandası ilk məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 3-cü turu çərçivəsində baş tutan “Manheym”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. “Ersgebirge” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Dmitri Nazarov bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

“Ersgebirge” 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: