“Başakşəhər” seneqallı hücumçu ilə gücləndi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bandırmaspor”un hücumçusu Filipp Kenini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seneqaldan olan futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Başakşəhər”in bu transfer üçün TFF 1-ci liqa təmsilçisinə nə qədər təzminat ödədiyi bilinmir.

Filipp Keni peşəkar karyerasına Fransanın “Tur” klubunda başlayıb. O, bu ölkədə “Şatoru”nun da formasını geyinib. 2021-ci ilin iyul ayından “Bandırmaspor”da çıxış edən Keni, bu komandanın heyətində 36 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Seneqallı forvard ölkəsinin gənclərdən ibarət yığmasında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: