Mahir Emreli oynadı, “Dinamo” 3 xalı 3 qolla qazandı

Futbol üzrə Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Azərbaycanlı futbolçu 77-ci dəqiqədə meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 8 turdan sonra 22 xalla zirvədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: