Rüfət Dadaşov üçün 90 dəqiqə, sarı vərəqə və 3 xal

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 7-ci turu çərçivəsində baş tutan “Oberhauzen”lə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası dörd qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 10 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: