Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti uzadılıb. Arena.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
65 yaşlı italiyalı mütəxəssis daha bir seçmə mərhələ müddətində yığmaya rəhbərlik edəcək. Məlumatı AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinin sükanı arxasındadır.
Əvəzində Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib. Bu barədə də AFFA İK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Bildirilib ki, U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.
Bütövlükdə, AFFA İcraiyyə Komitəsinin bu gün tutan iclasında aşağıdakı qərarlar qəbul olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.
- Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.
- Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov
Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova
Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev - Lisenziyalaşdırma qaydalarında (Buraxılış – 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.
- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.
- Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Sədr
Xalid Cavadov – AFFA nümayəndəsi
Üzvlər:
Xanım Məmmədova – AFFA nümayəndəsi
Tariyel Şirəliyev – SOCAR nümayəndəsi
Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi
Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi
Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru


