Fransanın “Brest” klubu baş məşqçi Mişel Ter-Zakaryan ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ermənistandan olan məşqçi komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, “Brest” Fransa çempionatında bu mövsüm keçirdiyi 10 oyunda cəmi 1 qələbə qazanıb və 6 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Mişel Ter-Zakaryan 2021-ci ilin iyul ayından “Brest”in baş məşqçisi vəzifəsini icra edirdi. 59 yaşlı mütəxəssis bu komandanı 51 matça çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 15 qələbə qazanıb, 13 heç-heçə edib və 23 məğlubiyyətə üzülüb.


