La Liqa: “Valensiya” səfərdə, “Atletiko” evdə qələbəni əldən verdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Sevilya” – “Valensiya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Xetafe” – “Atletik” matçında da qalib müəyyənləşməyib. Madrid “Atletiko”su isə doğma meydanda “Rayo Valyekano” üzərində qələbəni son anda əldən verib.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
10-cu tur
18 oktyabr

Sevilya – Valensiya 1:1
Qol: Lamela, 86 – Kavani, 6.

Xetafe – Atletik 2:2
Qol: Alena, 27. El Haddadi, 76 – İ.Uilyams, 2. R.Qarsiya, 62.

Atletiko – Rayo Valyekano 1:1
Qol: Morata, 20 – Falkao, 90+2.

19 oktyabr

21:00. Kadis – Betis
21:00. Valyadolid – Selta
22:00. Real Sosyedad – Malyorka
23:00. Elçe – Real

20 oktyabr

21:00. Almeriya – Jirona
22:00. Osasuna – Espanyol
23:00. Barselona – Vilyarreal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: