Frank Kramer “Şalke”dən qovuldu

Almaniyanın “Şalke” klubu baş məşqçi Frank Kramer ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Almaniyadan olan 50 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb olub. Belə ki, “Şalke” bu mövsüm Almaniya Bundesliqasında 10 oyuna cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, qalan görüşlərdə isə məğlub olub. Komanda 6 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Frank Kramer bu il iyunun 7-də “Şalke”nin baş məşqçisi təyin edilmişdi. O, geridə qalan müddət ərzində Bundesliqa təmsilçisini bütövlükdə 12 rəsmi matça çıxarıb. Komanda bu oyunlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: