Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 13-cü turu çərçivəsində baş tutan “Vattenşayd 09” ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası üç qolun qeydə alındığı oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 20 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


