Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan Moskva “Dinamo”su ilə qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:6.
Ayaz Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Ximki”nin digər azərbaycanlı futbolçusu İlya Sadıqov da “Dinamo” ilə’ görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Sadıqov vurub. İlya 90+3-cü dəqiqə penaltidən dəqiq yararlanıb.
“Ximki” 15 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


