La Liqa: “Xetafe”dən “Elçe” üzərində səfər qələbəsi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 12-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Elçe” “Xetafe”ni qəbul edib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.

Beləliklə, 12 turdan sonra məğlubiyyət tanımayan Madrid “Real”ı 32 xalla vahid liderdir. “Barselona” 31 xalla ikinci, 23 xala malik Madrid “Atletiko”su üçüncü, eyni xalı olan “Betis” isə dördüncüdür.

İspaniya La Liqası
12-ci tur
28 oktyabr

Malyorka – Espanyol 1:1
Qol: Muriqi, 48 – Lazo, 70.

29 oktyabr

Almeriya – Selta 3:1
Qol: Lazaro, 52. De La Hoz, 60. Equaras, 90+6 – Veyqa, 25.

Kadis – Atletiko 3:2
Qol: Bonqonda, 1. Fernandes, 81. Sobrino, 90+9 – J.Feliks, 85; 89.

Sevilya – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 61.

Valensiya – Barselona 0:1
Qol: Levandovski, 90+3.

30 oktyabr

Osasuna – Valyadolid 2:0
Qol: Avila, 13. M.Qomes, 19.

Real – Jirona 1:1
Qol: Vinisius, 70 – Stuani, 80-pen.

Atletik – Vilyarreal 1:0
Qol: İ.Uilyams, 59.

Real Sosyedad – Betis 0:2
Qol: X.Krus, 86. B.İqlesias, 90+3.

31 oktyabr

Elçe – Xetafe 0:1
Qol: E.Ünal, 55.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: