La Liqa: “Real”a ilk məğlubiyyəti “Rayo Valyekano” yaşatdı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider və son çempion “Real” “Rayo Valyekano”nun qonağı olub. Madrid təmsilçisi beş qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıb. Bu, paytaxt klubunun cari mövsümdəki ilk məğlubiyyətidir.

Beləliklə, 13 turdan sonra “Barselona” 34 xalla vahid liderdir. “Real” 32 xalla ikinci pillədə qərarlaşıbsa, Madrid “Atletiko”su ilə “Betis”in 24 xalı var.

İspaniya La Liqası
13-cü tur
4 noyabr

Jirona – Atletik 2:1
Qol: D.Lopes, 67. Martin, 75 – Quruseta, 78.

5 noyabr

Xetafe – Kadis 0:0

Valyadolid – Elçe 2:1
Qol: Sançes, 40. Mesa, 46 – Xosan, 63.

Selta – Osasuna 1:2
Qol: Aspas, 19 – Avila, 8; 28.

Barselona – Almeriya 2:0
Qol: Dembele, 48. De Yonq, 62.

6 noyabr

Atletiko – Espanyol 1:1
Qol: J.Feliks, 78 – Darder, 62.

Real Sosyedad – Valensiya 1:1
Qol: Gilyamon, 10-öz qapısına – Lino, 25.

Vilyarreal – Malyorka 0:2
Qol: Muriqi, 32. Ndiaye, 75.

Betis – Sevilya 1:1
Qol: Navas, 43-öz qapısına – Qudel, 82.

7 noyabr

Rayo Valyekano – Real 3:2
Qol: Komesana, 5. A.Qarsiya, 44. Trexo, 67-pen – Modriç, 37-pen. Militao, 41.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: