Kamran Əliyev qol vurdu, Tula “Arsenal”ı…

Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubunun heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, gənclərdən ibarət milli komandamızın sabiq hücumçusu Rusiya Birinci Liqasının 18-ci turu çərçivəsində baş tutan “Krasnodar-2” ilə matçın iştirakçısı olub.

Tula təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib. Kamran Əliyev bu görüşün 55-ci dəqiqəsində meydana buraxılıb. O, 65-ci dəqiqədə məğlub durumda olan komandasının bərabərlik qoluna imza atıb. 68 və 82-ci dəqiqələrdə daha iki qol vuran “Arsenal” meydanı əzmkar qələbə ilə tərk edib.

“Arsenal” 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: