Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Rüfət Dadaşov bu görüşün iştirakçısı olmayıb. Ötən tur ağır zədə alan futbolçu bu oyunda komandasına kömək edə bilməyib. Cari mövsümdə 5 qol vurmuş forvardın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


