Avram Qrant yenidən milli komanda çalışdıracaq

İngiltərənin “Çelsi” klubunun sabiq baş məşqçisi Avram Qrant özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, israilli mütəxəssis bundan sonra Zambiya millisinin baş məşqçisi kimi çalışacaq.

Bu barədə Zambiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 67 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Avram Qrant 2018-ci ildən işsiz idi. 2007-2008-ci illər aralığında “Çelsi”ni çalışdıran, bu komandanın UEFA Çempionlar Liqasının finalına çıxaran mütəxəssisin sonuncu iş yeri Hindistanın “Nort-İst Yunayted” klubu olub. O, “Hapoel” (Petah Tikva), “Makkabi” (Təl-Əviv), “Hapoel” (Hayfa), “Makkabi” (Hayfa), “Portsmut”, “Vest Hem”, “Partizan” kimi klublara da rəhbərlik edib. Təcrübəli məşqçi 2002-2006-cı illər aralığında İsrail yığmasını, 2014-2017-ci illər aralığında isə Qana yığmasını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: