Tim Rim “Fulhem”lə müqaviləsini yenilədi

Futbol üzrə ABŞ milli komandasının müdafiəçisi Tim Rim İngiltərənin “Fulhem” klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 35 yaşlı futbolçu 2024-cü ilin yayına qədər “Fulhem”in uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında bitəcəkdi.

Tim Rim 2015-ci ilin avqust ayından “Fulhem”də çıxış edir. Təcrübəli müdafiəçi bu komandanın heyətində 272 matça çıxıb. O, bu oyunlarda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Tim daha öncə “Nyu York Red Bulls” və “Bolton” (Uondereres) klublarında da forma geyinib. O, ABŞ yığma komandasında meydana çıxdığı 50 oyunda 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: