Marko Verratti PSJ-də qalır – Yeni müqaviləyə imza atdı

Fransanın PSJ klubunun italiyalı yarımmüdafiəçisi Marko Verratti Paris təmsilçisi ilə müqaviləsini yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 iştirakçısının rəsmi saytı məlumat yayıb.

30 yaşlı xavbeklə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti 2024-cü ilin 30 iyununa qədər idi.

İtaliya yığmasının üzvü olan Marko Verratti 2012-ci ilin iyul ayından PSJ-də forma geyinir. Təcrübəli futbolçu Paris təmsilçisində 398 oyun keçirib. Bu göstəriciyə görə o, yalnız klubun rekordçusu Jan-Mark Pilorjedən (435 oyun) geri qalır.

Verratti PSJ karyerası ərzində 11 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. O, Fransa klubundan öncə yalnız yetirməsi olduğu “Peskara”da forma geyinib. Yarımmüdafiəçi İtaliya yığmasında da 51 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: