Kristian Fuks peşəkar karyerasını başa vurdu

Futbol üzrə Avstriya milli komandasının sabiq müdafiəçisi Kristian Fuks peşəkar karyerasını başa vurmağa qərar verib. Arena.az xəbər verir ki, son olaraq ABŞ-ın “Şarlott İndepedens” klubunda forma geyinmiş futbolçu 36 yaşında sevimli idman növü ilə vidalaşıb. Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Kristian Fuks peşəkar karyerasına “Viner Noyştadtner” klubunda başlayıb. O, “Mattersburq”, “Bohum”, “Maynts”, “Şalke”, “Lester Siti” kimi klubların da formasını geyinib. “Lester Siti” ilə İngiltərə çempionu olmuş sol cinah müdafiəçisi, 2021-ci ildən ABŞ-da oynayırdı. Təcrübəli oyunçu Avstriya yığmasında 78 oyun keçirib və 1 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: