Cek Batlend “Mançester Yunayted”də

Futbol üzrə İngiltərə milli komandasının və “Kristal Pelas” klubunun qapıçısı Cek Batlend bundan sonra “Mançester Yunayted”də oynayacaq. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” 29 yaşlı futbolçunu icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni transferlə 6 aylıq icarə müqaviləsi imzalanıb.

Cek Batlend 2020-ci ildən “Kristal Pelas”da çıxış edir. O, bu komandada cəmi 17 oyuna çıxıb. İngilis qolkiper “Birmingem Siti”, “Çeltnem Taun”, “Stok Siti”, “Barnsli”, “Lids” və “Derbi Kaunti” kimi klubların da şərəfini qoruyub. O, İngiltərə yığmasında da 9 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: