İngiltərənin “Aston Villa” klubunun hücumçusu Kemeron Arçer “Midlsbro”ya icarəyə verilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı forvardın 2023-cü il 31 maya qədər “Midlsbro”nun uğurları üçün çalışacağı diqqətə çatdırılıb.
Kemeron Arçer “Aston Villa”nın öz yetirməsidir. O, daha öncə “Solihall Murs” və “Preston Nort End” klublarında da icarədə oynayıb. İngiltərədən olan gənc hücumçu “Aston Villa”nın əsas komandasında meydana çıxdığı 13 oyunda 4 qol vurub. İngiltərənin U-21 yığmasının da üzvü olan futbolçunun bazar dəyəri 8 milyon avrodur.


