A Seriyası: “İnter” qələbəni əldən verdi, “Yuventus” qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Montsa” – “İnter” matçında Milan təmsilçisi qələbəni son anda əldən verib. Üç qolun vurulduğu “Fiorentina” – “Sassuolo” oyunu meydan sahiblərinin xeyrinə yekunlaşıb. “Yuventus” – “Udineze” görüşündə də Turin təmsilçisi sevinən tərəf olub.

Turun qalan qarşılaşmaları 8 və 9 yanvarda keçiriləcək.

İtaliya A Seriyası
17-ci tur
7 yanvar

Fiorentina – Sassuolo 2:1
Qol: Saponara, 48. N.Qonsales, 90+1-pen – Berardi, 57.

Yuventus – Udineze 1:0
Qol: Danilo, 86.

Montsa – İnter 2:2
Qol: Çiurria, 11. Kaldirola, 90+3 – Darmian, 10. L.Martines, 22.

8 yanvar

15:30. Salernitana – Torino
18:00. Latsio – Empoli
18:00. Spetsiya – Leççe
21:00. Sampdoriya – Napoli
23:45. Milan – Roma

9 yanvar

21:30. Verona – Kremoneze
23:45. Bolonya – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: