Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Spetsiya” – “Leççe” matçında qapılara qol vurulmayıb. “Salernitana” – “Torino” və “Latsio” – “Empoli” görüşlərində də qalib müəyyənləşməyib. Səfərdə “Sampdoriya” ilə qarşılaşan “Napoli” turu qələbə ilə başa vurub. “Milan” isə doğma meydanda “Roma”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəni son anda əldən veriblər.
Turun qalan qarşılaşmaları 9 yanvarda keçiriləcək.
İtaliya A Seriyası
17-ci tur
7 yanvar
Fiorentina – Sassuolo 2:1
Qol: Saponara, 48. N.Qonsales, 90+1-pen – Berardi, 57.
Yuventus – Udineze 1:0
Qol: Danilo, 86.
Montsa – İnter 2:2
Qol: Çiurria, 11. Kaldirola, 90+3 – Darmian, 10. L.Martines, 22.
8 yanvar
Salernitana – Torino 1:1
Qol: Vilyena, 49 – Sanabriya, 36.
Latsio – Empoli 2:2
Qol: F.Anderson, 2. Zakkayni, 54 – Kaputo, 83. Marin, 90+4.
Spetsiya – Leççe 0:0
Sampdoriya – Napoli 0:2
Qol: Osimhen, 19. Elmas, 82-pen.
Milan – Roma 2:2
Qol: Kalulu, 30. Pobeqa, 77 – İbanes, 87. Abraham, 90+3.
9 yanvar
21:30. Verona – Kremoneze
23:45. Bolonya – Atalanta


