“Milan” 1/8 finalda dayandı – İtaliya kubokunda

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.

“Milan” doğma meydanda “Torino” ilə qarşılaşıb. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Beləcə, qarşılaşmanın əsas vaxtı heç-heçə bitib. Əlavə vaxtda hesabı açan Turin təmsilçisi sürprizə imza ataraq “Milan”ı mübarizədən kənarlaşdırıb.

Daha öncə Milanın digər təmsilçisi “İnter” “Parma” üzərində çətin qələbə ilə 1/4 finala yüksəlmişdi.

İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya Kuboku
1/8 final
10 yanvar

İnter – Parma 2:1
Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

Milan – Torino 0:1
Qol: Adopo, 114.

12 yanvar

21:00. Fiorentina – Sampdoriya
00:00. Roma – Cenoa

17 yanvar

00:00. Napoli – Kremoneze

19 yanvar

18:00. Atalanta – Spetsiya
21:00. Latsio – Bolonya
00:00. Yuventus – Montsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: