Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İranda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində əzəli rəqibi “İstiqlal”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda “traktorçular” hesabı açıblar. Lakin Reza Asadinin 93-cü dəqiqədə vurduğu qol “Traktor”un mərələ adlaması üçün yetərli olmayıb. 110 və 120+2-ci dəqiqələrdə penaltidən vurulan qollarla əzmkar qələbə qazanan “İstiqlal” təbrizliləri 1/8 final mərhələsinə buraxmayıb.


