Aleksandr Petrakov Ukrayna millisindən getdi

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Petrakov postundan ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Petrakov istefa ərizəsini federasiya rəhbərliyinə təqdim edib. Rəhbərlik artıq onun istefasını qəbul edib. Ayrılığın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna milli komandasına rəhbərlik edirdi. 65 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 15 matça çıxarıb. Ukraynalılar bu görüşlərdə 6 qələbə qazanıb, 7 heç-heçə edib, cəmi 2 görüşdə məğlubiyyətə üzülüblər. Ukrayna millisi onun rəhbərliyi altında pley-offda Uelsə məğlub olaraq DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: