Muktar Diakabi “Valensiya” ilə yeni müqavilə bağladı

İspaniyanın “Valensiya” klubu müdafiəçisi Muktar Diakabi ilə müqavilənin müddətini uzatmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qvineyadan olan 26 yaşlı futbolçunun klubla cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər uzadılıb. Müdafiəçinin klubla əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

Muktar Diakabi Lion “Olimpik”inin yetirməsidir. O, 2018-ci ilin iyulundan “Valensiya”da çıxış edir. Mərkəz müdafiəçisi bu mövsüm La Liqa təmsilçisinin heyətində 12 oyuna çıxıb və 2 qol vurub. Bütövlükdə isə onun “Valensiya” karyerası 142 oyun, 6 qol və 3 məhsuldar ötürmədən ibarətdir. Fransada dünyaya göz açan, bu ölkənin U-19, U-20 və U-21 yığmalarının formasını geyinmiş Diakabi, 2022-ci ildən Qvineya milli komandasında çıxış edir. O, bu komandanın heyətində 4 oyuna 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: