Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Səfərdə “Seuta” ilə qarşılaşan “Barselona” 5 cavabsız qolla qalib gəlib və mərhələ adlayıb. Beş qolun qeydə alındığı “Vilyarreal” – “Real” matçı isə qonaqların qələbəylə yekunlaşıb.
Xatırladaq ki, əvvəlki oyun günlərində “Atletik”, “Valensiya”, “Osasuna”, “Atletiko”, “Real Sosyedad” və “Sevilya” da İspaniya Kubokunda 1/4 finala vəsiqəni təmin etmişdilər.
İspaniya Kuboku
1/8 final
17 yanvar
Real Sosyedad – Malyorka 1:0
Qol: Navarro, 5.
Alaves – Sevilya 0:1
Qol: Rakitiç, 48.
18 yanvar
Sportinq (Xixon) – Valensiya 0:4
Qol: Kavani, 10; 21. Kluyvert, 21. Lino, 64.
Atletik – Espanyol 1:0
Qol: De Markos, 27.
Betis – Osasuna 2:2 (penaltilər 2:4)
Qol: Karvalyo, 62. Sabali, 103 – D.Qarsiya, 90+1. R.Qarsiya, 106.
Levante – Atletiko (Madrid) 0:2
Qol: Morata, 54. Lyorente, 90+1.
19 yanvar
Seuta – Barselona 0:5
Qol: Rafinya, 41. Levandovski, 50; 90. Fati, 70. Kessye, 77.
Vilyarreal – Real 2:3
Qol: Kapue, 4. Çukvueze, 42 – Vinisius Junior, 57. Militao, 69. Sebalyos, 86.


