La Liqa: “Atletiko” 3, “Sevilya” tək qolla qalib gəldi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 18-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Rayo Valyekano” doğma meydanda “Real Sosyedad”a məğlub olubsa, “Espanyol” “Betis”i tək qolla məğlub edib. Madrid “Atletiko”su “Valyadolid”i, “Sevilya” da “Kadis”i məğlub yola salıb.

Turun qalan oyunları 22 və 23 yanvarda keçiriləcək.

İspaniya La Liqası
18-ci tur
20 yanvar

Malyorka – Selta 1:0
Qol: D.Rodriqes, 59.

21 yanvar

Rayo Valyekano – Real Sosyedad 0:2
Qol: Sorlot, 15. Barreneçea, 36.

Espanyol – Betis 1:0
Qol: Breytveyt, 43.

Atletiko – Valyadolid 3:0
Qol: Morara, 18; 23. Hermoso, 28.

Sevilya – Kadis 1:0
Qol: Rakitiç, 89-pen.

22 yanvar

17:00. Vilyarreal – Jirona
19:15. Elçe – Osasuna
21:30. Barselona – Xetafe
00:00. Atletik – Real

23 yanvar

00:00. Valensiya – Almeriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: