La Liqa: “Barselona”ya Jironada 1 qol bəs etdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 19-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Kadis” “Malyorka” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıbsa, “Sevilya” “Elçe”ni darmadağınla yola salıb. Səfərdə “Jirona” ilə qarşılaşan “Barselona” 3 xalı tək qolla qazanıb. “Betis” də “Xetafe” ilə səfər oyununda oxşar nəticəyə sevinib.

Turun qalan qarşılaşmaları 29 və 30 yanvarda keçiriləcək.

İspaniya La Liqası
19-cu tur
27 yanvar

Almeriya – Espanyol 3:1
Qol: L.Suares, 21. L.Baptistato, 61. Portilyo, 77 – Xoselu, 90+3.

28 yanvar

Kadis – Malyorka 2:0
Qol: Bonqonda, 10. A.Fernandes, 38.

Jirona – Barselona 0:1
Qol: Pedri, 61.

Sevilya – Elçe 3:0
Qol: En Nesiri, 29; 45+3. Akuna, 43.

Xetafe – Betis 0:1
Qol: B.İqlesias, 85-pen.

29 yanvar

17:00. Valyadolid – Valensiya
19:15. Osasuna – Atletiko (Madrid)
21:30. Selta – Atletik
00:00. Real – Real Sosyedad

30 yanvar

00:00. Vilyarreal – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: