“Barselona”nın hücumçusu Kərim Adeyemi 2026-cı ildə “Qızıl top” mükafatının əsas namizədləri barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, “Qızıl top”un 2026-cı ilin yekunlarına əsasən təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Adeyemi mükafat uğrunda mübarizədə konkret favorit göstərməyin çətin olduğunu bildirib. Almaniyalı futbolçu Lionel Messi barədə isə xüsusi fikirlər səsləndirib:
“Qızıl top”? Bunu demək çətindir. Hər futbolçunun özünəməxsus xüsusiyyətləri var. Messidən başqa kiminsə dünyanın ən yaxşı futbolçusu olduğunu demək olmaz. Mənim üçün o, hər il ən yaxşıdır. Amma hər futbolçunun öz fərdi xüsusiyyətləri var. Konkret kiminsə adını çəkə bilmərəm. Hesab edirəm ki, bütün namizədlər qələbəyə layiqdir. Lakin açıq-aşkar görünür ki, Lamin Yamal qələbənin əsas namizədlərindən biridir və onun qalib gəlməsi tamamilə ədalətli olardı”.


