Almaniya çempionu “Bayern”in prezidenti Herbert Hayner 2026-cı ilin “Qızıl top” mükafatının Harri Keynə verilməli olduğunu bildirib.
Arena.az xəbər verir ki, Münhen klubunun rəhbəri ingiltərəli hücumçunun ötən mövsümdəki çıxışlarını əsas gətirərək onun mükafata layiq olduğunu söyləyib:
“Harri Keyn Bundesliqada və UEFA Çempionlar Liqasında 60 qol vurdu, Almaniya çempionu oldu, Almaniya Kubokunu qazandı, Çempionlar Liqasının yarımfinalına yüksəldi və dünya çempionatında çox yaxşı çıxış etdi. “Qızıl top”u qazanmaq üçün bundan daha nə etmək lazımdır, bilmirəm. Lamin Yamal, şübhəsiz ki, çox yaxşı futbolçudur və qarşıda onu böyük gələcək gözləyir. Amma ötən mövsümün bütün şərtlərini nəzərə alsaq, yalnız bir qalib var – o da Harri Keyndir”, – deyə Herbert Hayner bildirib.
Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.


