“Araz”ın ÇL oyunlarının təqvimi açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində mübarizə aparacaq Azərbaycan çempionu “Araz”ın oyunlarının təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, təmsilçimiz ÇL-in əsas mərhələsindəki ilk oyununu oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək. Azərbaycan çempionu ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a (Polşa) qarşı keçirəcək.

Qeyd edək ki, futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunun oyunları Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək.

Məlumatda o da vurğulanır ki, “Araz”ın qrup qarşılaşmalarının başlama saatı hələ bəlli deyil. Buna daha sonra aydınlıq gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: