A Seriyası: “Verona” “Udineze” üzərində qələbəni əldən verdi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Udineze” doğma meydanda “Verona” ilə üz-üzə gəlib. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Beləliklə, 20 turdan sonra 53 xala malik “Napoli” vahid liderdir. “İnter” 40 xalla ikinci pillədə qərarlaşıbsa, “Latsio”, “Atalanta” və “Milan”ın 38 xalı var. “Roma” 37 xalla 6-cı pillədədir. 15 xalı silinən “Yuventus” isə hazırda 23 xalla 13-cüdür.

İtaliya A Seriyası
20-ci tur
27 yanvar

Bolonya – Spetsiya 2:0
Qol: Poş, 37. Orsolini, 77.

Leççe – Salernitana 1:2
Qol: Strefezza, 23 – Dia, 5. Vilyena, 20.

28 yanvar

Empoli – Torino 2:2
Qol: Luperto, 37. Marin, 69 – Riççi, 82. Sanabriya, 85.

Kremoneze – İnter 1:2
Qol: Okereke, 11 – L.Martines, 21; 65.

Atalanta – Sampdoriya 2:0
Qol: Mehle, 42. Lukman, 57.

29 yanvar

Milan – Sassuolo 2:5
Qol: Jiru, 24. Oriqi, 81 – Defrel, 19. Frattezi, 22. Berardi, 30. Loryente, 47-pen. M.Henrike, 79.

Yuventus – Montsa 0:2
Qol: Çurria, 18. Mota, 39.

Latsio – Fiorentina 1:1
Qol: Kasale, 8 – Qonsales, 49.

Napoli – Roma 2:1
Qol: Osimhen, 17. Simeone, 86 – El Şaaravi, 75.

30 yanvar

Udineze – Verona 1:1
Qol: Samardziç, 21 – Bekao, 4-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: