Futbol üzrə Portuqaliya milli komandasının müdafiəçisi Joao Kanselo İngiltərənin “Mançester Siti” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı sağ cinah oyunçusu Almaniyanın “Bayern” klubuna keçib.
Münhen təmsilçisi onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Mövsümün sonunda Almaniya nəhəngi futbolçunun transfer hüququnu almaq üçün ingilislərə 70 milyon avro ödəməlidir. Kanselo yeni komandasında 22 nömrəli formanı geyinəcək.
Joao Kanselo 2019-cu ilin avqust ayında 65 milyon avro qarşılığında İtaliyanın “Yuventus” klubundan “Mançester Siti”yə keçmişdi. O, “şəhərlilər”in heyətində meydana çıxdığı 154 oyunda 9 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Futbolçu daha öncə “Valensiya”, “Benfika”, “Yuventus” və “İnter”də də forma geyinib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi əsas millidə də 41 oyun keçirib, 7 qola imza atıb.


