La Liqa: “Real” uduzdu, “Barselona” “Sevilya”nı 3 qolla yendi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Jirona” “Valensiya”nı doğma meydanda, “Valyadolid” isə “Real Sosyedad”ı səfərdə tək qolla məğlub edib. Səfərdə “Malyorka” ilə qarşılaşan “Real” da minimal hesabla uduzub. Lider “Barselona” isə bu dəfə “Sevilya”nı 3 cavabsız qolla üstələyib.

20-ci tura fevralın 6-da keçiriləcək bir oyunla yekun vurulacaq.

İspaniya La Liqası
20ci tur
3 fevral

Atletik – Kadis 4:1
Qol: Sanset, 10; 35; 75. Alvares, 44 – Eskalante, 25.

4 fevral

Espanyol – Osasuna 1:1
Qol: Breytueyt, 59 – Budimir, 45.

Elçe – Vilyarreal 3:1
Qol: Milya, 3; 45+3-pen; 52-pen – Moreno, 22.

Atletiko – Xetafe 1:1
Qol: Korrea, 60 – E.Ünal, 83.

Betis – Selta 3:4
Qol: Xuanmi, 9. Kanales, 23. Fekir, 84-pen – Larsen, 6. Veyqa, 42; 56. Aydu, 69.

5 fevral

Malyorka – Real 1:0
Qol: N.Fernandes, 13-öz qapısına.

Jirona – Valensiya 1:0
Qol: B.Qarsiya, 63.

Real Sosyedad – Valyadolid 0:1
Qol: Larin, 73.

Barselona – Valensiya 3:0
Qol: Alba, 58. Qavi, 70. Rafinya, 79.

6 fevral

00:00. Rayo Valyekano – Almeriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: