A Seriyası: “Latsio” və “Sampdoriya” qələbəni əldən verdi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Verona” ilə qarşılaşan “Latsio” turu xal itkisi ilə başa vurub. Dörd qolun qeydə alındığı “Montsa” – “Sampdoriya” matçında da qalib müəyyənləşməyib.

Tura sabah keçiriləcək “Salernitana” – “Yuventus” matçı ilə yekun vurulacaq.

İtaliya A Seriyası
21-ci tur
4 fevral

Kremoneze – Leççe 0:2
Qol: Başirotto, 58. Strefetsa, 69.

Roma – Empoli 2:0
Qol: R.İbanes, 2. T.Abraham, 6.

Sassuolo – Atalanta 1:0
Qol: Loryente, 55.

5 fevral

Spetsiya – Napoli 0:3
Qol: Kvaratsxeliya, 47-pen. Osimhen, 68; 73.

Torino – Udineze 1:0
Qol: Karamo, 49.

Fiorentina – Bolonya 1:2
Qol: Saponara, 19 – Orsolini, 14-pen. Poş, 47.

İnter – Milan 1:0
Qol: L.Martines, 34.

6 fevral

Verona – Latsio 1:1
Qol: Nqonqe, 51 – Pedro, 45.

Montsa – Sampdoriya 2:2
Qol: Petanya, 32. Pessina, 90+7 – Qabbyadini, 12; 58.

7 fevral

23:45. Salernitana – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: