A Seriyası: “Milan” uğursuz gedişata “Torino” ilə oyunda son qoydu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Milan” doğma meydanda “Torino” ilə münasibətlərinə aydınlıq gətirib. Son turlarda azarkeşlərini ardıcıl məğlubiyyətlərlə məyus edən Milan təmsilçisi nəhayət ki, bu oyunda qələbə qazanmağı bacarıb.

Bu qələbədən sonra “Milan” 41 xalla üçüncü pilləyə yüksəlib. “Torino” isə 30 xalla 7-ci pillədə qalıb.

İtaliya A Seriyası
22-ci tur
10 fevral

Milan – Torino 1:0
Qol: Jiru, 62.

11 fevral

18:00. Empoli – Spetsiya
21:00. Leççe – Roma
23:45. Latsio – Atalanta

12 fevral

15:30. Udineze – Sassuolo
18:00. Bolonya – Montsa
21:00. Yuventus – Fiorentina
23:45. Napoli – Kremoneze

13 fevral

21:30. Verona – Salernitana
23:45. Sampdoriya – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: