A Seriyası: “Yuventus” tək, “Napoli” 3 qolla qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Udineze” – “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Bolonya” doğma meydanda “Montsa”ya minimal hesabla uduzub. “Yuventus” evdə “Fiorentina”nı tək qolla üstələyib. Lider “Napoli” isə “Kremoneze” ilə ev oyununda darmadağına sevinib.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
22-ci tur
10 fevral

Milan – Torino 1:0
Qol: Jiru, 62.

11 fevral

Empoli – Spetsiya 2:2
Qol: Kambyaci, 71. Vinyato, 90+4 – Verde, 25-pen; 31.

Leççe – Roma 1:1
Qol: İbanyes, 7-öz qapısına – Dibala, 17-pen.

Latsio – Atalanta 0:2
Qol: Zappakosta, 23. Hoylund, 65.

12 fevral

Udineze – Sassuolo 2:2
Qol: Udoqi, 1. Biyol, 28 – M.Henrike, 6. N.Peres, 45+2-öz qapısına.

Bolonya – Montsa 0:1
Qol: Donati, 25.

Yuventus – Fiorentina 1:0
Qol: Rabyo, 34.

Napoli – Kremoneze 3:0
Qol: Kvaratsxeliya, 22. Osimhen, 65. E.Elmas, 79.

13 fevral

21:30. Verona – Salernitana
23:45. Sampdoriya – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: