Futbol üzrə İspaniya çempionatında (La Liqa) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Elçe” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər. Halbuki, meydan sahibləri artıq 9 dəqiqədə 2:0 hesabıyla öndə idilər. Amma onlar bu üstünlüyü nəinki əldən veriblər, hətta yekunda məğlubiyyətə üzülüblər. Buna sözügedən komandanın iki futbolçusunun meydandan qovulması da böyük təsir göstərib.
23-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya La Liqası
23-cü tur
24 fevral
Elçe – Betis 2:3
Qol: Fidel, 7-pen. Boye, 9 – B.İqlesias, 65-pen. Miranda, 68. Villian Xose, 90+5-pen.
25 fevral
17:00. Espanyol – Malyorka
19:15. Kadis – Rayo Valyekano
21:30. Real – Atletiko
00:00. Valensiya – Real Sosyedad
26 fevral
17:00. Atletik – Jirona
19:15. Selta – Valyadolid
21:30. Almeriya – Barselona
00:00. Sevilya – Osasuna
27 fevral
00:00. Vilyarreal – Xetafe


