“Osasuna” İspaniya Kubokunda finala doğru ilk addımı atdı

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Osasuna” doğma meydanda Bilbao “Atletik”i ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar. Bu komandalar arasındakı cavab görüşü aprelin 4-də Bilbaoda keçiriləcək.

İspaniya kubokunda yarımfinalın digər görüşü Madrid “Real”ı ilə “Barselona” arasında baş tutacaq. Bu komandaların ilk oyunu martın 2-də Madriddə, cavab görüşü isə aprelin Kataloniyada 5-də baş tutacaq.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
1 mart

Osasuna – Atletik 1:0
Qol: Ezzalzuli, 47.

2 mart

00:00. Real – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: