Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında lider “Napoli” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Neapol təmsilçisi bu matçda minimal hesabla uduzub. A Seriyasında son olaraq bu ilin 4 yanvarında Milan “İnter”inə səfərdə 0:1 hesabıyla uduzmuş “Napoli” ardıcıl 8 qələbədən sonra xalsız qalıb. Cari mövsümdə ilk dəfə evdə uduzan neapollular bütövlükdə ikinci dəfə meydanı xalsız tərk ediblər.
25-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya A Seriyası
25-ci tur
3 mart
Napoli – Latsio 0:1
Qol: Vesino, 67.
4 mart
18:00. Montsa – Empoli
21:00. Atalanta – Udineze
23:45. Fiorentina – Milan
5 mart
15:30. Spetsiya – Verona
18:00. Sampdoriya – Salernitana
21:00. İnter – Leççe
23:45. Roma – Yuventus
6 mart
21:30. Sassuolo – Kremoneze
23:45. Torino – Bolonya


