Filip Ozobiç “Qarabağ”dan gedir? – Qurbanovla xüsusi görüş

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Filip OzobiçQarabağ”dakı taleyinə hələ də aydınlıq gətirməyib. Arena.az xəbər verir ki, əslən Xorvatiyadan olan milliləşdirilmiş futbolçunun Ağdam klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında bitir.

Lakin tərəflər yeni müqavilə bağlı heç bir razılıq əldə etməyiblər. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq bir neçə klubdan təklif də alıb. Amma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu komandada saxlamaq istəyir. Hətta bununla bağlı baş məşqçi ilə futbolçu arasında xüsusi görüş də olub. Qurbanov Ozobiçi heyətdə saxlamaq istədiyini onun diqqətinə çatdırıb. Bu üzdən mövsümün sonuna qədər onunla yeni müqavilə imzalanması gözlənilir.

Xatırladaq ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 143 matça çıxıb, 42 qol vurub və 36 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi “Qarabağ”dan öncə iki il “Qəbələ”nin də formasını geyinib (70 oyun, 24 qol və 10 məhsuldar ötürmə). Milli komandamızın üzvü “Slaven” (Belupo), “Spartak” (Moskva), “Hayduk” (Split) kimi klubların da formasını geyinib. Ozobiç Azərbaycan yığmasında da 10 oyuna 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: